Vladimir Putin və Şarl Mişel Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Vladimir Putin və Şarl Mişel Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətləri, eləcə də bir sıra beynəlxalq problemləri nəzərdən keçiriblər.

Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyənləşdirilib.

Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT