Ermənistanda son sutkada koronavirusa 157 yoluxma qeydə alınıb, 259 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 157 yoluxma qeydə alınıb, 259 nəfər sağalıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 222 139-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 6 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 400-ə yüksəlib.
Koronavirusa yoluxan 211634 pasiyent sağalıb. Hazırda 5 028 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1065211 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1077 nəfərdir.





