Ermənistanda son sutkada 140 nəfər koronavirusa yoluxub, 484 nəfər sağalıb

Ermənistanda son sutkada 140 nəfər koronavirusa yoluxub, 484 nəfər sağalıb.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 221 699-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 7 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 371-ə yüksəlib.
Koronavirusa yoluxan 210 464 nəfər sağalıb. Hazırda 5792 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1053007 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1072 nəfərdir.





