Ermənistanda son sutkada koronavirusa 229 yoluxma qeydə alınıb, 286 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 229 yoluxma qeydə alınıb, 286 nəfər sağalıb.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 221 368-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 11 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 357-yə yüksəlib.
Koronavirusa yoluxan 209 508 nəfər sağalıb. Hazırda 6 436 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1046412 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1067 nəfərdir.





