Sergey Lavrov Syunik və Geğrkunikdəki vəziyyətə toxunub

Sergey Lavrov Syunik və Geğrkunikdəki vəziyyətə toxunub

RF Xarici işlər naziri Sergey lLvrov Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə toxunub. Məlumatı “RİA Novosti” yayıb. O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində yardım etməyə hazırdır:  həm kartoqrafik materialın təqdim olunmasında, həm də konsultasiya xidmətlərinin göstərilməsində.

“Bir dəfə də olsun, atəş açılmayıb, orada heç bir toqquşma baş verməyib. Tərəflər oturub sakit şəkildə bu vəziyyətin necə həll ediləcəyi barədə razılığa gəlməyə başlayıblar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər”- Lavrov qeyd edib.

O qeyd edib ki, “qeyri-adi, lakin sakit şəkildə həll edilən bir məsələdə” emosiyaları qızışdırmaq üçün bir səbəb görmür.

Onun sözlərinə görə, Azərbaycan tərəfi vəziyyəti anlaşılmazlıqla və sərhədlərin olmaması ilə izah edib. Lavrov, tərəflərə bununla məşğul olmağı təklif etdiyini söyləyib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT