Ermənistanda son sutkada koronavirusa 354 yoluxma qeydə alınıb, 403 nəfər sağalıb.

Ermənistanda son sutkada koronavirusa 354 yoluxma qeydə alınıb, 403 nəfər sağalıb. Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi ümumi sayı 219 950-yə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4272 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 206 078 nəfər sağalıb. Hazırda 8 550 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1023251 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1050 nəfərdir.





