Ermənistanda son sutkada koronavirusa 243 yoluxma qeydə alınıb, 475 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 243 yoluxma qeydə alınıb, 475 nəfər sağalıb. Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi ümumi sayı 219 596-ya çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 7 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4256 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 205 675 nəfər sağalıb. Hazırda 8620 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1019359 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1045 nəfərdir.





