Ermənistanda son sutkada koronavirusa 83 yoluxma qeydə alınıb, 622 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 83 yoluxma qeydə alınıb, 622 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 219 353-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4249 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 205 200 nəfər sağalıb. Hazırda 8863 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1016681 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1041 nəfərdir.





