Sergey Lavrov, DQ məsələsinin sülh yolu ilə həllinin siyasiləşdirilməməli olduğunu bildirib

Sergey Lavrov, DQ məsələsinin sülh yolu ilə həllinin siyasiləşdirilməməli olduğunu bildirib

Dağlıq Qarabağdakı vəziyyət normallaşıb, baş verən xırda hadisələr isə Rusiya sülhməramlıları tərəfindən həll edilir. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Yerevanda Ermənistan Xİ nazirinin vəzifəsini edən Ara Ayvazyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, vəziyyət "yerində" xeyli düzəlib. Lavrov, nizamlanma prosesindəki müsbət meyllərə toxunub.

"RF sülhməramlı kontingenti təhlükəsizliyin təminatçısıdır. O, təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Bütün əməliyyatlar zamanı xırda hadisələr sülhməramlı hərbçilərimizin səyləri ilə qısa müddətdə və səmərəli şəkildə həll edilir”-Lavrov vurğulayıb.

O həm də 9 noyabr bəyanatının imzalanması ilə başlayan Dağlıq Qarabağ münaqişəsinin həllini siyasiləşdirməməyə çağırıb.

"İndi proses siyasiləşdirilməməlidir, proses olduqca çətin gedir"- Lavrov söyləyib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT