Ermənistanda son sutkada koronavirusa 493 yoluxma qeydə alınıb, 452 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 493 yoluxma qeydə alınıb, 452 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 217900-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 178 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 201559 nəfər sağalıb. Hazırda 11134 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1000 909 test aparılıb.





