Ermənistanda son sutkada koronavirusa 399 yoluxma qeydə alınıb, 635 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 399 yoluxma qeydə alınıb, 635 nəfər sağalıb
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 217 407-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 165 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 201 107 nəfər sağalıb. Hazırda 11 106 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 996 955 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 029 nəfərdir.





