Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti sərhədlərinin daxilində tam azadlığa nail olacağıq: Artsax Parlamentinin sədri

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti  sərhədlərinin daxilində tam azadlığa nail olacağıq:  Artsax Parlamentinin sədri

Artsax Respublikasının Parlamentinin sədri Artur Tovmasyan əmindir ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında Artsax keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində tam azadlığa qovuşacaq. 

Bu barədə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun tvitinə cavab olaraq bildirdi. 

O yazdı ki, Əhməd Şahidovun tviti Azərbaycan hakimiyyətinin növbəti təxribatlarının davamıdır. 

“10 Noyabr 2020-ci il tarixli bədbəxt bəyanatda Stepanakertin Azərbaycan ordusunun nəzarəti altına keçməsi ilə bağlı maddə yox idi. Bu gün Artsax xalqının təhlükəsizliyinin təminatçısı Rusiya sülhməramlı qüvvələri və Artsax ordusudur.

Əminik ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində tam azadlığa nail olacağıq.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrin rəhbərləri də anlayırlar ki, təhlükəsizlik zəmanəti ilə yanaşı Artsax xalqı üçün Artsaxın statusu məsələsi vacibdir”,- deyə o yazdı. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT