Ermənistanda son sutkada koronavirusa 656 yoluxma qeydə alınıb, 882 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 656 yoluxma qeydə alınıb, 882 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 215 528-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 087 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 197 171 nəfər sağalıb. Hazırda 13 257 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 979 060 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 013 nəfərdir.





