Qonşu ölkələr İranın prioritetidir: Zərif

Qonşu ölkələr İranın prioritetidir: Zərif

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif qonşu ölkələrin İran İslam Respublikası üçün prioritet olduğunu qeyd etdi. İRNA agentliyinin yaydığı məlumatında deyilir ki, Bağdada iki günlük səfərin sonunda İran Xarici İşlər naziri İraq Kürdüstanının mərkəzi şəhəri olan Ərbilə gedərkən Twitter mikrobloqunda yazdı:

“İraq prezidenti Barham Saleh, baş nazir Mustafa əl-Qazemi, parlament sədri Məhəmməd əl-Halbusi, xarici işlər naziri Fuad Hüseyni, sünni və şiə siyasi liderlərlə əla danışıqlar apardım.

İran bir daha vurğulayır ki, İranın prioriteti qonşu ölkələridir. İraqın bölgədəki əsas rolunu alqışlayırıq”,-deyə Zərif qeyd etdi. 

İran Xarici İşlər naziri İraqa iki günlük səfərinin sonunda İraq Kürdüstanına yola düşdü.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT