Ermənistanda son sutkada koronavirusa 808 yoluxma qeydə alınıb, 588 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 808 yoluxma qeydə alınıb, 588 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 214 872-yə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 071 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 196 289 nəfər sağalıb. Hazırda 13 503 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 974 776 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 009 nəfərdir.





