logo

Ermənistanda koronavirusa 715 yoluxma qeydə alınıb

Ermənistanda koronavirusa 715 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada koronavirusa 715 yoluxma qeydə alınıb, 1 123 nəfər sağalıb. 

Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 114-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 984 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 192 281 nəfər sağalıb. Hazırda 14 854 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 955 515  test aparılıb. 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 995 nəfərdir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT