Ermənistanda koronavirusa 961 yoluxma qeydə alınıb, 1075 nəfə sağalıb

Ermənistanda son sutkada koronavirusa 961 yoluxma qeydə alınıb, 1075 nəfə sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 207 103-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 835 nəfərə yüksəlib.
Koronavirusdan sağalanların sayı isə 186 200-ə çatıb. Hazırda 16 099 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 926 293 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 969 nəfərdir.





