Baş qərargah rəisi Gerasimov Ermənistanı Qafqazda əsas partnyorları adlandırdı

Baş qərargah rəisi Gerasimov Ermənistanı Qafqazda əsas partnyorları adlandırdı

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ermənistanlı həmkarı Artak Davtyanla görüşüb. RİA Novostinin məlumatına görə, görüş Moskvada baş tutub.

"Sizi Moskvada salamlamaqdan məmnunam. Ermənistan Qafqazda Rusiyanın əsas tərəfdaşı və partnyorudur", - Gerasimov deyib.

O qeyd edib ki, ölkələr qarşılıqlı fəaliyyətlərini həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində möhkəmləndirirlər.

Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir". 

"Biz Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində ixtisaslı kadrların yetişdirilməsini davam etdirirk", - deyən Gerasimov əlavə edib ki, koronavirus pandemiyası zamanı Ermənistanda Ermənistan SQ-nin hərbçilərinin müayinəsini də aparıblar. Ümumilikdə 22 min araşdırma aparılıb.

"Bu gün müdafiə sahəsində ikitərəfli qarşılıqlı əlaqələrin aktual məsələlərini müzakirə etmək imkanımız var", - Gerasimov bildirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT