Rusiyalı istehkamçılar Martakert şəhərinin yaxınlığındakı sahələri minalardan təmizləyirlər

Rusiyalı istehkamçılar Martakert şəhərinin yaxınlığındakı sahələri minalardan təmizləyirlər

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisinin minalardan və  partlayıcı maddələrdən təmizlənməsi üzrə işlərini davam etdirirlər.

Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. 

“Hazırda Rusiya sülhməramlıları Martakert şəhəri kənarında aktiv şəkildə partlayıcı maddələr axtarırlar.Hazırda yerli sakinlər ərazinin tam təmizlənməsi aparılmayana qədər kənd təsərrüfatı işlərini bərpa edə bilmirlər”,- deyə bəyanatda qeyd olunur.

Son bir neçə gün ərzində rusiyalı istehkamçılar 50-dən çox iri çaplı mərmi və partlayıcı maddə zərərsizləşdiriblər. 

2020-ci ilin noyabrın 23-dən  bəri 1969 hektar ərazi, 605 km yol, 1692 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 484 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT