logo

Ermənistanda daha 726 nəfər COVID-19-a yoluxub, 824 nəfər sağalıb

Ermənistanda daha 726 nəfər COVID-19-a yoluxub, 824 nəfər sağalıb

Aprelin 13-nə olan məlumatlara əsasən, Ermənistanda son sutkada 726 nəfər COVID-19-a yoluxub, 824 nəfər sağalıb.

Bu barədə məlumatı ER Səhiyyə Nazirliyi yayıb.

Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 204 053 yoluxma qeydə alınıb.

Koronavirusdan ölənlərin ümumi sayı 3775 nəfərə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 955 nəfərdir.

Koronavirusdan sağalanların ümumi sayı 183 660 nəfərə yüksəlib.

Hazırda 15 663 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək   909 604 test aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT