İran Natanz nüvə obyektində baş verən partlayışa görə İsrailə cavab verəcəyini deyir

İran Natanz nüvə obyektində baş verən partlayışa görə İsrailə cavab verəcəyini deyir

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Natanz nüvə mərkəzində baş vermiş qəzaya görə İsraili günahlandırıb. Bu barədə IRNA məlumat yayıb. 

Cavad Zərif deyib ki, bu ölkə “sanksiyaları qaldırmaq yönündə əldə etdiyimiz proqresə görə intiqam almaq” istəyib.

Nazir qeyd edib ki, İran nüvə sahəsində irəliləyiş əldə edərək İsrailə cavab verəcəkdir.

“The New York Times” isə Amerika və İsrailin kəşfiyyat rəsmilərinə istinadla İsrailin “böyük partlayış”da rolu olduğunu yazıb. 

Partlayış nəticəsində uran zənginləşdirən yeraltı sentrifuqaları təchiz edən daxili enerji təminatı sistemini dağılıb. Kəşfiyyat rəsmilərinin sözlərinə görə, enerji sisteminə dəyən ziyan Natanzın uran zənginləşdirməsini azı doqquz aylığa sıradan çıxarmaq gücünə malikdir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT