Ermənistanda koronavirusa1029 yoluxma qeydə alınıb, 1117 nəfər sağalıb

Ermənistanda son sutkada koronavirusa 1029 yoluxma qeydə alınıb,1117 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 201158-ə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 3697 nəfərə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 944 nəfərdir. İndiyədək 180160 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 16357 aktiv koronavirus xəstəsi var. İndiyədək 894461 test aparılıb.





