Dmitri Peskov Paşinyanın istefası barədə açıqlamasını şərh edib

Dmitri Peskov Paşinyanın istefası barədə açıqlamasını şərh edib

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla dərhal danışığa başlaması vacib deyil.

TACC yazır ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın aprel ayında istefa verəcəyi barədə qərar Vldimir Putinlə görüşün dərhal keçirilməsini vacib etmir.

D.Peskov liderlər arasında təmasların davam etdiyini də əlavə edib: “O, (Nikol Paşinyan – red.) vəzifəsini icra edəcək, ona görə də görüşlə bağlı ictimaiyyətə açıqlanan qərarın müzakirəsinə ehtiyac yoxdur”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT