Avropa Şurasının Cənubi Qafqaz münasibətlərinin nümayəndə heyətinin sədri və məruzəçiləri Azərbaycanı erməni əsirləri azad etməyə çağırıb

Avropa Şurasının Cənubi Qafqaz münasibətlərinin nümayəndə heyətinin sədri və məruzəçiləri Azərbaycanı erməni əsirləri azad etməyə çağırıb

Avropa Şurasının Cənubi Qafqazla münasibətlərinin nümayəndə heyətinin sədri Marina Kalyurand, Ermənistan üzrə məruzəçi Andrey Kovaçev və Azərbaycan məsələlər üzrə məruzəçi Jelyana Zovko Azərbaycanı ölkədə saxlanılan bütün əsirləri azad etməyə çağırıblar. 

“ “Human Rights Watch” təşkilatının hesabatında  Azərbaycan tərəfinin çoxsaylı erməni əsirlərə pis rəftara dair iddiaları bizi ciddi şəkildə narahat edir. Biz Azərbaycanı bütün bu iddiaları araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. 

Beynəlxalq humanitar hüquq qorunmalıdır. İşgəncə, alçaldıcı rəftar və ya digər qeyri-insani rəftarı qadağan etmək lazımdır. 

Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan hökuməti o ölkədə saxlanılan şəxslərin saxlanma şəraiti, sağlamlıq vəziyyəti və geri qaytarılması üçün görülən tədbirlər barədə məlumat verməsini məcbur edən AİHM-in müvəqqəti xarakterli  tədbirini yerinə yetirməyib.

Bir daha Azərbaycanı 9 noyabr  2020-ci il tarixli bəyanatına uyğun olaraq ölkədə qalan bütün digər erməniləri dərhal azad etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT