logo

Ermənistanda daha 801 nəfər COVID-19-a yoluxub, 451 nəfər sağalıb

Ermənistanda daha 801 nəfər COVID-19-a yoluxub, 451 nəfər sağalıb

Ermənistanda son sutkada daha 801 nəfər COVID-19-a yoluxub, 451 nəfər sağalıb.

Bu barədə ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 185 020-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 24 nəfər artaraq 3 384-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 862 nəfərdir. İndiyədək 168 721 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 602 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 812 076 test aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT