Rusiya XİN: ABŞ tərəfi Putinin Baydenlə açıq videokonfrans rejimində danışıqlar təklifini dəstəkləməyib

Rusiya XİN: ABŞ tərəfi Putinin Baydenlə açıq videokonfrans rejimində danışıqlar təklifini dəstəkləməyib

ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə videokonfrans formatında açıq rejimdə danışıqlar aparması təklifini dəstəkləməyib.

“Meduza”nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Təəssüflə qeyd edirik ki, ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə ikitərəfli problemləri, eləcə də ikitərəfli sabitlik mövzusunu müzakirə etmək üçün videokonfrans formatında açıq rejimdə martın 19-da və ya 22-də danışıqlar aparması təklifini dəstəkləməyib.

Rusiya-Amerika münasibətlərində Vaşinqtonun günahı ilə yaranan çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün daha bir fürsət əldən verildi. Bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT