Ərdoğan iddia edir ki, Səudiyyə Türkiyədən PUA-lar almaq istəyir

Ərdoğan iddia edir ki, Səudiyyə Türkiyədən PUA-lar almaq istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina prezidentinin nümayəndəsi Milorad Dodiklə görüşdə deyib ki, Səudiyyə Ərəbistanı Ankaradan pilotsuz uçuş aparatları almaq istəyir.

Mətbuat konfransında çıxış edən Erdoğan bu yaxınlıarda Səudiyyə Ərəbistanı ilə Yunanısatnın birgə keçirdikləri hərbi təlimlərə toxunub və bu səbəblə öz narahatlığını dilə gətirib. 

Lakin Erdoğan bildirib ki, bütün bunlara baxmayaraq Səudiyyə Ərəbistanı Türkiyədən dronlar almaq istəyir.

Qeyd edək ki, son zamanlarda Səudiyyə Ərəbistanı-Türkiyə münasibətləri gərgindir. Gərginliyin səbəbi isə, Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda "Washington Post" qəzetinin müxbiri Camal Xaşoginin qətlidir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT