Əliyevi qınayan azərbaycanlı bloger Fransada bıçaqlanıb

Əliyevi qınayan azərbaycanlı bloger Fransada bıçaqlanıb

Martın 14-də siyasi mühacir kimi Fransada yaşayan azərbaycanlı Məhəmməd Mirzəliyə soyuq silahla hücum olub. 

Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrdə Mirzəlinin xəstəxanda görüntülərini yayıb. O bildirir ki, bir neçə şəxs ona bıçaqlarla zərbələr endirib.

O Azərbaycan hakimiyyətindən şübhələndiyini bildirir.

Qeyd edək ki, Mirzəli sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidləri ilə tanınır. Üç il əvvəl onun atasına və digər qohumlarına təzyiqlər edilidiyi bildirilir. Siyasi mühacirin bacısının həyat yoldaşı 2018-ci ildə saxlanılıb. Bir həftə əvvəl isə bacısının şəxsi həyatı ilə bağlı video yayılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli ölkəni 2016-cı ilin yanvarında tərk edib.

O, mühacirətə gedərkən AXCP üzvü olub, hazırda müstəqil video-bloger kimi fəaliyyət göstərdiyi bildirilir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT