Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi TRIPP marşrutunu rəqib hesab etmir, o, tamamlayıcı rol oynayacaq.
“Biz hesab etmirik ki, TRIPP marşrutu və ya hər hansı digər marşrut Gürcüstandan keçən ənənəvi marşrutlar üçün hər hansı ciddi problem yarada bilər”, — deyə o bildirib və əlavə edib ki, Orta Dəhlizlə daşınan yüklərin həcmi o qədər artıb ki, diversifikasiyaya obyektiv zərurət yaranıb.
Kobaxidzenin sözlərinə görə, 2020-ci ildən bəri Orta Dəhlizdə yük dövriyyəsi yeddi dəfə artıb ki, bu da yeni infrastruktur tələb edir və Gürcüstan hökuməti bu istiqamətdə fəal işləyir. O, həmçinin qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycanla delimitasiya və demarkasiya aparmalıdır, vurğulayıb ki, bu proses dostluq mühitində baş verməlidir.










