Baş nazir Nikol Paşinyan Kipr Respublikasının Prezidentini təbrik etdi

Baş nazir Nikol Paşinyan Kipr Respublikasının Prezidentini təbrik etdi

Baş nazir Nikol Paşinyan Kipr Respublikasının Prezidenti Nikos Xristodulidesə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda xüsusilə deyilir:

“Sizi Kipr Respublikasının milli bayramı olan Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Ermənistan Kiprlə qarşılıqlı faydalı əməkdaşlıq və xalqlarımız arasında sıx əlaqələr sayəsində inkişaf edən möhkəm dostluq və qarşılıqlı etimada əsaslanan münasibətləri yüksək qiymətləndirir.

Ermənistanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda, eləcə də Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı çərçivəsində birgə səylərlə əməkdaşlığımızı daha da dərinləşdirməyə və gücləndirməyə hazır olduğunu bir daha təsdiqləyirəm.

Eyni zamanda, uzunmüddətli və iddialı əməkdaşlıq üçün yeni gündəm formalaşdırmaq məqsədilə qarşılıqlı maraq doğuran sahələrdə münasibətlərimizin səviyyəsini yüksəltməyə hazır olduğumuzu vurğulamaq istərdim. Əminəm ki, birgə öhdəliyimizlə bu məqsədə çatacağıq və iki ölkəmizin və xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığı daha da genişləndirəcəyik".

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT