Səfir Qriqor Hakobyan İran İslam Respublikasının vitse-prezidenti, Ermənistan-İran Birgə Hökumətlərarası Komissiyasının həmsədri Həmid Purməhəmmədi ilə görüşüb.
Bu barədə məlumatı Ermənistanın İrandakı səfirliyi verib.
Tərəflər hökumətlərarası birgə komissiya platformasının əhəmiyyətini və 19-cu iclasın keçirilməsinin yaxınlaşdığını vurğulayıblar.
Ermənistan səfiri və İran İslam Respublikasının vitse-prezidenti həmçinin ikitərəfli yük daşımalarının hazırkı vəziyyətini, mövcud maneələri və onların həlli yollarını müzakirə ediblər.










