İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının iclası çərçivəsində ukraynalı həmkarı ilə görüşüb. Andriy Sibihan özünün ix səhifəsində bildirib ki, söhbət iki ölkə arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün qarşılıqlı addımlara yönəlib. Mövcud ünsiyyət kanallarının açıq qalması barədə razılıq əldə edilib.
Onlar həmçinin Yaxın Şərq və Avropadakı vəziyyət, eləcə də davam edən sülh səyləri barədə fikir mübadiləsi aparıblar.
Sibihan Ukraynanın hər iki bölgədə sülhün və sabitliyin tezliklə bərpa olunmasını dəstəkləmək mövqeyini bir daha təsdiqləyib.










