BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkyanla görüşüb.
Baş nazir Paşinyan məmnuniyyətlə qeyd edib ki, Ermənistan-İran əməkdaşlığı uğurla inkişaf edir və müxtəlif sahələrdə birgə proqramlar həyata keçirilir.
Nikol Paşinyan və Məsud Pezeşkyan ikitərəfli ticarət-iqtisadi münasibətləri və onların genişləndirilməsinə yönəlmiş addımları müzakirə ediblər.
Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.










