logo

Avropa Şurası Aİ-nin Ermənistandakı mülki missiyasının mandatını iki il uzadıb

Avropa Şurası Aİ-nin Ermənistandakı mülki missiyasının mandatını iki il uzadıb

Avropa İttifaqı Şurası Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) mandatını daha iki il - 19 fevral 2027-ci ilədək uzatmaq barədə qərar qəbul edib. Bununla bağlı 44 milyon avro (20 fevral 2025-ci ildən  19 fevral 2027-ci ilədək olan dövr) ayrılıb.

"Aİ missiyası Avropa İttifaqının regionda sülhün və sabitliyin qorunması səylərinin mühüm komponentidir.

Missiyanın məqsədi yerlərdəki vəziyyəti müşahidə etmək və bu barədə bildirmək, münaqişədən təsirlənən ərazilərdə adamların təhlükəsizliyini təmin etmək və mümkün olduğu yerlərdə Ermənistan və Azərbaycan arasında inamın möhkəmləndirilməsini dəstəkləməkdir.

Missiyanın mandat vəzifələri dəyişməz olaraq qalır - Aİ missiyası silahsız mülki missiyadır və belə də qalacaq", - Avropa İttifaqının məlumatında deyilir.

Markus Ritter rəhbərlik etdiyi missiyanın beynəlxalq və yerli personal daxil olmaqla,  200-dən çox əməkdaşı var. Aİ missiyası müşahidəçiləri və mülki ekspertlər 25 Avropa İttifaqına 25 üzv dövləti və Kanadanı təmsil edirlər. Aİ missiyasının Şuranın qərarı ilə 20 fevral 2023-cü ildə yaradılıb və eyni vaxtda da fəaliyyətinə başlayıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT