logo

Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün səmimi səylərini davam etdirir: Mirzoyan

Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün səmimi səylərini davam etdirir: Mirzoyan

Bugünkü görüş səmimi, konstruktiv atmosferdə keçib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, müxtəlif sahələrdə əlaqələr, o cümlədən media sahəsində vəziyyət və daha əlverişli informasiya mühitinin yaradılması yolları müzakirə olunub.

Mirzoyan bildirib ki, görüşdə Cənubi Qafqazda sülh və sabitlik məsələlərinə də toxunulub.

"Bütün çətinliklərə və çağırışlara baxmayaraq, Ermənistan uzunmüddətli və davamlı sülhə nail olmaq üçün səmimi səylərini davam etdirir və hesab edirik ki, bu, regionun bütün ölkələrinin maraqlarına cavab verir", - ER XİN başçısı qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT