AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq։ Azərbaycanın Baş prokuroru

Azərbaycanın Baş Prokurorluğu AZAL təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiyanın müvafiq qurumları, hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır.
“Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqatı aparılacaq”,- o qeyd edib.





