logo

Ermənistan həm Aİ-nin, həm də Aİİ-nin üzvü ola bilməz: Kremlin mətbuat katibi

Ermənistan həm Aİ-nin, həm də Aİİ-nin üzvü ola bilməz: Kremlin mətbuat katibi

Kremlin mətbuat katibi bəyan edib ki, Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki müxtəlif beynəlxalq təşkilata üzv olmaq mümkün deyil. 

“Əlbəttə ki, bu, Ermənistanın suveren hüququdur, lakin Avropa İttifaqının bu məsələdə mövqeyi nəzərə alınmalıdır”. 

Peskov, "onilliklər ərzində Aİ-yə üzvlük yönümünü qoruyub saxlayan, lakin Brüsseldən çox da qarşılıqlı münasibətlə qarşılaşmayan" Türkiyənin nümunəsini xatırladıb”.

Kreml nümayəndəsi Yerevanın Aİİ üzvlüyünün fayda və üstünlüklərinə toxunaraq qeyd edib ki, “bu, bir dövlət kimi Ermənistana və ölkə xalqına çox müsbət dividendlər verir”.

"Biz bilirik ki, Aİİ-yə üzvlük Ermənistan üçün faydalıdır. Bu, faizlərlə, artım templəri və s. ilə ölçülür", - Peskov bildirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT