İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib: Qrossi

İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib: Qrossi

Oktyabrın 26-na keçən gecə İsrailin endirdiyi zərbə nəticəsində İran ərazisindəki nüvə obyektlərinə ziyan dəyməyib.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, belə bir məlumatı ona İran nümayəndələri çatdırıb: “İranın nüvə obyektləri zərbələrdən təsirlənməyib. AEBA müfəttişləri təhlükəsiz ərazidədirlər və vacib işlərini davam etdirirlər. Mən ehtiyatlı olmaqla yanaşı, nüvə materiallarına təhlükə yaradan hərəkətlərdən çəkinməyə çağırıram”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT