Putin Azərbaycanın Rusiyadakı keçmiş səfirini Aleksandr Nevski ordeni ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
“Rusiya-Azərbaycan əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan vətəndaşı Bülbüloğlu Polad “Aleksandr Nevski” ordeni ilə təltif edilib”, - Rusiya prezidentinin sərəncamında deyilir.
Bundan əvvəl Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.





