ER xarici işlər naziri İranda baş vermiş partlayış qurbanları ilə əlaqədar başsağlığı verib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorasan kömür mədənində baş vermiş faciə ilə bağlı İran hakimiyyətinə başsağlığı verib.
“Ermənistan İranın Xorasan bölgəsindəki kömür mədənində baş vermiş partlayış nəticəsində onlarla insanın həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
Fikirlərim yaxınlarının vəfatı ilə bağlı kədərlənən ailələrlədir, yaralıların tezliklə sağalmasını arzulayıram”, - Mirzoyan X mikrobloqunda yazıb.





