Avropaya İnteqrasiya məsələləri üzrə Komissiya Danimarkalı deputat Şyurdur Skaalenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Avropaya İnteqrasiya məsələləri üzrə Komissiya Danimarkalı deputat Şyurdur Skaalenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Sentyabrın 6-da Parlamentin Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeğoyan və sədr müavini Meri Qalstyan danimarkalı deputat Şyurdur Skaalenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Arman Yeğoyan qonaqları salamlayaraq, Ermənistan-Danimarka parlament əməkdaşlığının inkişafını xüsusi qeyd edib. Ermənistanla Avropa İttifaqı arasında dərinləşən əməkdaşlıqdan danışan komissiya sədri bu prosesdə Danimarka təcrübəsini yüksək qiymətləndirib.

Həmçinin ER-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin səmərəli icrasına və ona parlament nəzarətinə də toxunulub. Parlamentin üzvləri Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin prioritet həllini tələb edən problemlərini qaldırıb, onların həllində beynəlxalq tərəfdaşların və təşkilatların dəstəyini vurğulayıblar. Komissiyanın sədr müavini Meri Qalstyan qonaqların diqqətini Dağlıq Qarabağın tarixi-mədəni irsinin qorunması məsələsinə yönəldib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT