logo

Avropa İttifaqı Azərbaycanı ATƏT/DTİHB-nin müşahidə missiyasının qiymətləndirmələrini nəzərə almağa və həyata keçirməyə çağırır: Stano

Avropa İttifaqı Azərbaycanı ATƏT/DTİHB-nin müşahidə missiyasının qiymətləndirmələrini nəzərə almağa və həyata keçirməyə çağırır: Stano

Aİ-nin xarici əlaqələr sözçüsü Azərbaycanda ötən parlament seçkiləri və nəticədə hakim “Yeni Azərbaycan” partiyasının növbəti dəfə qalib gəlməsini şərh edib.

Piter Stano ATƏT/DTİHB-nin müşahidə missiyasının hesabatına istinad edərək, seçkilərin plüralizm və real rəqabəti istisna edən siyasi və hüquqi məhdudiyyətlər şəraitində keçdiyini qeyd edib.

“Xüsusən səslərin hesablanması zamanı ciddi pozuntular müşahidə olunub. Müşahidə missiyası həmçinin qeyd edib ki, seçkilər müxalif fikirlərin davamlı şəkildə boğulması fonunda baş tutub”, – Stano vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan hakimiyyətini missiyanın qiymətləndirmələrini və təkliflərini nəzərə almağa və həyata keçirməyə çağırır. Stano qeyd edib ki, Aİ bu məsələdə dəstək verməyə hazırdır.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT