logo

İran Aİİ müşahidəçi dövlət statusu almaq üçün ərizə təqdim edib

İran Aİİ müşahidəçi dövlət statusu almaq üçün ərizə təqdim edib

İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu almaq üçün ərizə təqdim edib. Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu məsələ komissiyanın qərargahında müzakirə olunub.

Məsləhətləşmələr videokonfrans formatında keçirilib. İclas iştirakçıları Aİİ üzv ölkələri ilə İran arasında ticari-iqtisadi əməkdaşlığın inkişafını vurğuladılar və Tehranın Aİİ-də müşahidəçi dövlət statusu almaq üçün prosedura başlamaq niyyətini alqışladılar.

Avrasiya İqtisadi Komissiyası xatırladır ki, tərəfdaş ölkələrə belə statusun verilməsi ilə bağlı qərarı Birliyə üzv dövlətlərin rəhbərləri verir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT