logo

İran Azərbaycanla sərhəddə hərbi dəniz təlimlərinə başlayıb

İran Azərbaycanla sərhəddə hərbi dəniz təlimlərinə başlayıb

İran ordusunun Hərbi Dəniz Qüvvələri Azərbaycanla həmsərhəd Astara rayonu ərazisində  hava hücumundan müdafiə təlimi keçirib. Şərti düşmənin hədəflərinə raket zərbələri hazırlanmış, şərti hədəflər vurulub.

Bu barədə İRNA xəbər verir.

Yerli hakimiyyət sakinləri silah və partlayış səslərindən təşvişə düşməməyə çağırıb.

Al-Arabiya xatırladıb ki, bu, son üç gündə İranda keçirilən ikinci hərbi təlimdir. Ötən bazar günü İslam İnqilabı Keşikçiləri Korpusu İraqla sərhədə yaxın  Kermanşah əyalətində təlimlərə başlayıb.

Təlimlər iyulun 30-da Fələstinin HƏMAS qruplaşmasının Tehrandakı siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və Hizbullah hərəkatının yüksək səviyyəli komandiri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərq regionunda yaranan gərginlik fonunda keçirilir.

İran bunlarda İsraili günahlandırıb və cavab addımı atacağını bəyan edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT