Kolomina NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin edilib

Kolomina NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin edilib

NATO-nun baş katibi Yens Stoltenberq Xavyer Kolominanı NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin edib. Kolomina baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavinidir. O, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

“Yaxın Şərq, Şimali Afrika və Sahel bölgələri Şimali Atlantika Alyansı üçün vacibdir. Xavier Kolomina NATO tərəfdaşları ilə qarşılıqlı əlaqədə böyük təcrübəyə malikdir. Onun təyinatı NATO-nun cənubdakı mühüm işini daha da gücləndirəcək”, - Stoltenberq qeyd edib.

Vaşinqton sammitində müttəfiqlər həmçinin NATO-nun Yaxın Şərq, Şimali Afrika və Saheldə mövcudluğunu genişləndirmək üçün Fəaliyyət Planı üzərində razılığa gəliblər. Xüsusi nümayəndənin təyin edilməsi bu planın tərkib hissəsidir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT