Tramp Respublikaçılar Partiyasının namizədliyinə rəsmən razılıq verib

Tramp Respublikaçılar Partiyasının namizədliyinə rəsmən razılıq verib

Donald Tramp Respublikaçılar Partiyasının Miluokidə keçirilən qurultayı zamanı çıxış edib. O, partiyanın ABŞ prezidenti postuna namizədliyinin irəli sürülməsinə rəsmən razılıq verib.

O, çıxışında ona qarşı sui-qəsddən danışıb, ABŞ-ın hazırkı administrasiyasını daxili və xarici siyasətdə uğursuzluğa düçar etdiyinə görə tənqid edib. Sabiq prezident yenidən seçiləcəyi təqdirdə vergiləri azaldacaq, inflyasiya və miqrasiya problemini həll edəcəyinə söz verib.

Tramp Şimali Koreya lideri Kim Çen Inla münasibətləri bərpa etmək, eləcə də bütün beynəlxalq böhran və münaqişələrə son qoymaq niyyətində olduğunu açıqlayıb. O, Bayden administrasiyasını Rusiya-Ukrayna müharibəsinə icazə verməkdə günahlandırıb.

“Mən prezident vəzifəsində olsaydım, heç vaxt belə bir şey olmazdı”, - deyə Donald Tramp bildirib. ABŞ Demokrat Partiyası avqustda keçiriləcək qurultayı zamanı namizədini rəsmən elan edəcək. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT