Finlandiya prezidenti Paşinyan və Əliyevlə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Finlandiya prezidenti Aleksandr Stub Avropa siyasi birliyinin Böyük Britaniyada keçirilən dördüncü sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Helsinkidə gözlənilən sədrliyini müzakirə edib.
"Digər mövzular arasında biz Avropanın təhlükəsizliyi, Ukrayna, regional problemlər və Finlandiyanın ATƏT-ə sədrliyi ilə bağlı məsələləri müzakirə etdik", - Stub X mikrobloqunda qeyd edib.
Finlandiya 2025-ci ildə bir il müddətinə ATƏT-ə sədrlik edəcək.





