logo

ABŞ Konqresinə Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə aparmasını pisləyən qətnamə təqdim olunub

ABŞ Konqresinə Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə aparmasını pisləyən qətnamə  təqdim olunub

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Anna Eşu və Kris Smit Azərbaycanı Dağlıq Qarabağ xalqına qarşı etnik təmizləmə apardığını pisləyən qətnamə təqdim ediblər.

“Keçən il Azərbaycanın Dağlıq Qarabağa qarşı hücumu əsrlər boyu bu bölgəni öz vətəni olan  erməni icmasının məhvinə gətirib çıxardı. Azərbaycanın hərəkətləri etnik təmizləmənin bütün təriflərinə cavab verir və bu pislənməlidir. Qətnaməmiz erməni xalqına qarşı törədilmiş vəhşiliklərin dəqiq siyahısını müəyyən edir və ABŞ-ın ədaləti təmin etmək və bu cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün atmalı olduğu mühüm addımları əks etdirir”, - Eşu bildirib.

Smit öz növbəsində Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı apardığı etnik təmizləmənin onların öz vətənlərində dinc və azad yaşamaq hüquqlarını pozulmasını bildirib.

“Bizim ikipartiyalı qanun layihəmiz Bayden administrasiyasını amansız diktatoru İlham Əliyevin dövründə Azərbaycan hökumətinin davam edən cinayətlərinə qarşı ermənilərin hüquqlarını qətiyyətlə dəstəkləməyə çağırır”, - Smit bildirib. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT