logo

NATO-Azərbaycan görüşündə Ermənistan-Azərbaycan nizamlanması prosesi ilə bağlı məsələlər müzakirə olunub

NATO-Azərbaycan görüşündə Ermənistan-Azərbaycan nizamlanması prosesi ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub.

Ssəfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

İclas zamanı Hikmət Hacıyev Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT