logo

Bu əməllər Gürcüstanı Avropa gələcəyindən çıxarmaq riski daşıyır: Miller

Bu əməllər Gürcüstanı Avropa gələcəyindən çıxarmaq riski daşıyır: Miller

ABŞ “xarici təsir” qanununun qəbul edilməsi ilə əlaqədar Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvlərinə, Gürcüstan parlamentinin deputatlarına, həmçinin aksiyaların dağıdılmasında iştirak edən polis zabitlərinə sanksiya tətbiq edib.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə bildirib.

O, sanksiyaların Gürcüstanın təxminən 20-30 rəsmisinə və onların birinci dərəcəli ailə üzvlərinə şamil edildiyini vurğulayıb.

“Bu əməllər Gürcüstanı Avropa gələcəyindən çıxarmaq riski daşıyır və Gürcüstan konstitusiyasına və öz əhalisinin istəyinə ziddir”, - Miller deyib.

“Biz hələ də ümid edirik ki, Gürcüstanlı liderlər öz əməllərini bir daha gözdən keçirəcəklər. Gürcüstan hökumətinin öz trayektoriyasını dəyişmək üçün hələ də vaxtı var”, - Dövlət Departamentinin rəsmisi əlavə edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT